Qrenlandiya məsələsində beynəlxalq hüquq prinsiplərinə riayət etmək vacibdir.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Nikosiyada Kiprin Aİ-yə sədrliyinin açılış mərasimində bildirib.
"Avropa İttifaqı münaqişədən doğub. Bizim blok ideal deyil, amma o, əməkdaşlığın qarşıdurmadan güclü, qanunun isə gücdən üstün olduğunu vəd edir. Bu prinsiplər yalnız Avropa İttifaqımıza deyil, eyni dərəcədə Qrenlandiyaya da aiddir", – Fon der Lyayen vurğulayıb.
O, Qrenlandiyanın muxtariyyətə malik olsa da, Danimarkanın və Avropa İttifaqının bir hissəsi olduğunu xatırladaraq ABŞ-nin hazırkı administrasiyasının ada ilə bağlı niyyətlərinin hüquqa zidd olduğunu qeyd edib.