IMG-LOGO

Zelenski: Ukraynanın Aİ-yə qoşulmasının sürətləndirilməsi üçün Kiprin dəstəyinə ümid edirik

07 Jan 2026 22:11 8 baxış
IMG

Kiprin Avropa İttifaqında sədrliyi dövründə Ukraynanın təşkilata inteqrasiyası yolunda kömək göstərəcəyinə ümid edirik.

"Report"un məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nikosiyada Kiprin Avropa İttifaqı (Aİ) Şurasına sədrliyinin açılış mərasimində deyib.

"Ukraynanın Aİ-yə qoşulmasının sürətləndirilməsi üçün Kiprin dəstəyinə ümid edirik", – Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın Avropa tərəfdaşları və ABŞ ilə danışıqları yeni mərhələyə çatıb və Rusiya-Ukrayna müharibəsi Kiprin Aİ Şurasına sədrliyi dövründə başa çata bilər.

Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin və Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edib.

"Yeni paket hazırlanır, Rusiyanın "kölgə donanması"na zərbə vurmaq üçün bir çox addımlar atılır", – Ukrayna lideri bildirib.

Xəbər lenti