IMG-LOGO

ACF tərəfindən ötən il ərzində ölkə üzrə 80 idman zalına ümumilikdə 6000-dək tatami təhvil verilib

07 Jan 2026 21:14 9 baxış
IMG

Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən ötən il ərzində ölkə üzrə 80 idman zalına ümumilikdə 6000-dək tatami təhvil verilib.

ACF-dən "Report"a verilən məlumata görə, 2022-ci ildən etibarən Bakı və regionları əhatə edən genişmiqyaslı dəstək çərçivəsində federasiya tərəfindən 179 idman zalına ümumilikdə 13 200 tatami paylanılıb.

Bununla paralel olaraq, 2022–2025-ci illərdə ACF tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib.

Xəbər lenti