IMG-LOGO

Suriya Hələb hava limanından uçuşların dayandırılmasını uzadıb

07 Jan 2026 20:48 9 baxış
IMG

Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsi Hələb beynəlxalq hava limanı ilə aviaəlaqənin dayandırılmasının uzadıldığını elan edib.

"Report" xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.

Sərnişinlər üçün yayımlanan bildirişə əsasən, məhdudiyyət 2026-cı il yanvarın 8-i, yerli vaxtla saat 23:00-dək qüvvədə olacaq və mövcud operativ vəziyyətlə bağlı müvəqqəti xarakter daşıyır.

Dayandırılma müddətində bütün planlaşdırılmış reyslər Dəməşq beynəlxalq hava limanına yönləndiriləcək. Bu, zəruri texniki işlərin tamamlanması və təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi başa çatana qədər aidiyyəti qurumlarla koordinasiya şəklində həyata keçiriləcək.

Xəbər lenti