Dörd "OPEC+" ölkəsi ötən ilin dekabr ayından iyuna qədər gündəlik 4,57 milyon barel həddindən artıq hasilatı kompensasiya etməlidir.
"Report" OPEC-ə istinadən xəbər verir, təşkilat yenilənmiş kompensasiya qrafikini dərc edib.
Qrafikə əsasən, Qazaxıstan dekabrdan iyuna qədər gündəlik 3,536 milyon barel, İraq - gündəlik 771 min barel, Birləşmiş Ərəb Əmirlikləri gündəlik 223 min barel, Oman isə gündəlik 40 min barel kompensasiya etməlidir.