ABŞ ordusunun Cənub Komandanlığı Karib sularında "Sophia" adlı daha bir tankerin ələ keçirildiyi barədə məlumat verib.
"Report" xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki məlumatda bildirilir.
"Bu gün səhər əməliyyat zamanı ABŞ Müdafiə Nazirliyi Daxili Təhlükəsizlik Nazirliyi ilə koordinasiyada kölgə donanmasının sanksiyalara məruz qalan tankerini saxlayıb", - paylaşımda qeyd olunur.
Komandanlığın məlumatına görə, ələ keçirilən "Sophia" gəmisi Karib dənizində qanunsuz fəaliyyət göstərib və heç bir dövlətə mənsub olmayıb.
"Sahil Mühafizəsi yekun qərarın qəbul edilməsi üçün "Sophia" tankerini ABŞ-yə müşayiət edir", - məlumatda deyilir.
Xatırladaq ki, ABŞ bu gün İslandiya yaxınlığında Rusiyanın "Marinera" adlı tankerini ələ keçirib.