IMG-LOGO

KİV: ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaltmaq niyyətindədir

07 Jan 2026 19:02 8 baxış
IMG

ABŞ Venesuelaya qarşı sanksiyaların bir hissəsini ləğv etmək niyyətindədir.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə CNBC Ağ Evə yaxın mənbələrə istinadən məlumat yayıb.

"Mənbələr bildiriblər ki, razılaşma çərçivəsində ABŞ-nin Venesuelaya qarşı sanksiyaları yumşaldılacaq", - məlumatda bildirilib.

Qeyd olunub ki, ABŞ lideri Donald Trampın daha əvvəl bəyan etdiyi kimi, Venesueladan ABŞ üçün 50 milyon barelədək neft tədarükü hələ başlanğıcdır; neft satışları bundan sonra da qeyri-müəyyən müddətə davam edəcək.

Xəbər lenti