IMG-LOGO

Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqların bu il başlayacağına ümid edir

07 Jan 2026 17:33 5 baxış
IMG

Avropa İttifaqına (Aİ) daxil olmaq Ukraynanın gündəliyinin mərkəzindədir və ölkə 2026-cı ildə danışıqlar klasterlərinin açılmasını (Aİ-nin genişlənmə danışıqları çərçivəsində müəyyən edilmiş konkret mövzular üzrə - məsələn, ədliyyə, enerji, ətraf mühit) danışıqlar bölmələrinin başlanması - red.) vacib hesab edir.

"Report" xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa kiprli həmkarı Konstantinos Kombosla danışıqların yekunları üzrə teleqram kanalında məlumat yayıb.

"Biz Kiprin sədrliyinin prioritetlərini müzakirə etdik. Hesab edirəm ki, Avropa İttifaqına daxil olmağımızın və Ukraynanın irəliləyişi gündəliyin mərkəzindədir. Mən 2026-cı ildə danışıqlar klasterlərinin açılmasının vacibliyindən və Kiprin bu məsələdə rolunun son dərəcə vacib olduğundan danışdım", - A.Sibiqa yazıb.

O, həmçinin qeyd edib ki, həmkarını rəsmi Kiyevin yanaşması və təklifləri, Rusiyaya təzyiq və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin zəruriliyi barədə məlumatlandırıb.

A.Sibiqa əlavə edib ki, tərəflər söhbətin əhəmiyyətli bir hissəsini Ukrayna və Kipr arasında ikitərəfli əməkdaşlığa, həmçinin Avropanın təhlükəsizliyinin gücləndirilməsində Kiprin roluna həsr ediblər.

Qeyd edək ki, Kipr yanvarın 1-dən etibarən altı ay müddətində Avropa İttifaqı Şurasına sədrlik edəcək. Bu, Kiprin Aİ-də ikinci sədrlik dövrüdür. Ada ilk dəfə 2012-ci ilin ikinci yarısında bu rolu icra edib.

Xəbər lenti