IMG-LOGO

Sabirabadlı şagirdlərin palçıqlı məktəb yolları -VİDEO

07 Jan 2026 16:59 5 baxış
IMG
2 0

“Sosial şəbəkədə maraq doğuran bir paylaşımın sorağı ilə Sabirabadın Əliləmbəyli kəndinə gəldik. Söhbət kəndin məktəb müəlliməsi Günel Əliyevanın öz tiktok səhifəsində çəkdiyi videodan gedir. Müəllimə  paylaşımında şagirdlərinə elm öyrətmək üçün hər gün palçıqlı yollarla məktəbə gedib gəlməsindən gileylənir. Günel müəllimənin haqlı narazılığı böyük marağa səbəb olmuşdur. Tək müəllimə yox bu yolla hər gün şagirdlər, onların valideynləri palçığın, çamurun içində bu yolları qət etməklə əzab çəkirlər. Hamıda belə bir təsəvvür var ki, kənd yolları belə olmalıdır. Hər birimizin başında sual doğuran belə bir sterotip var ki,  bəyəm hər qapının ağzına asfalt çəkilmələdir ki…? Əlbəttə yox! Amma kəndin daxili yolları çox baha olmayan çınqıl və digər istehsalat tullantıları ilə bərkidilə bilər. Yol kanarlarında kiçik su aparan kanallar çəkib yolları palçıqdan xilas etmək olar. Sakinlər də bizi görüb dərdlərini bizimlə bölüşdülər”. 

Lent.az xəbər verir ki, bu fikirlər APA TV-nin Əliləmbəyli kəndindən hazırlanan video reportajında səslənir.

Reportajın tamamını videomaterialda izləyə bilərsiniz.

videoxəbərlər APA TV

Xəbər lenti