IMG-LOGO

Şəki-Qax avtomobil yolunda hərəkət belə bərpa edildi-VİDEO

14.01.2024 13:20 103 baxış
IMG

Güclü qar yağması və şaxta səbəbindən Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində yollar buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib.

Lent.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bununla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti əraziyə cəlb olunub və yolda qalan avtomobillərin hərəkəti bərpa edilib.

Xəbər lenti