IMG-LOGO

62 yaşlı Hülya Avşar çimərlikdən bikinili FOTOSU ilə diqqət çəkdi

03 Aug 2026 15:43 4 baxış
IMG
4 0

Türkiyəli müğənni Hülya Avşar hər il olduğu kimi bu yay da tətilini Ayvalıkda keçirib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi istirahətindən yeni fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Yayımlanan kadrlarda Hülya Avşarın çimərlikdə uşaqlarla vaxt keçirdiyi, dəniz kənarında oturduğu və sahildə dincəldiyi görüntülənib. Ağ bikinisi və həsir papağı ilə diqqət çəkən 62 yaşlı sənətçinin fit görünüşü izləyicilərinin böyük marağına səbəb olub. Paylaşım qısa müddətdə çoxsaylı bəyənmə toplayaraq maqazin səhifələrində geniş müzakirə edilib.

Qeyd edək ki, Hülya Avşar uzun illərdir yay mövsümünü Ayvalıkdakı evində keçirir. O, daha əvvəl də tətil zamanı çəkilən bikini və idman görüntüləri ilə gündəmə gəlib.

maqazin xəbərləri Hülya Avşar

Mənbə: lent.az

Xəbər lenti