IMG-LOGO

"Sumqayıt" braziliyalı hücumçu Jeam Oliveyranı transfer edib

03 Aug 2026 17:17 4 baxış
IMG

"Sumqayıt" heyətini braziliyalı hücumçu Jeam Oliveyra ilə gücləndirib.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Premyer Liqası təmsilçisi futbolçu "1+1" illik müqavilə imzalayıb.

31 yaşlı forvardın son klubu Braziliyanın "Kaşias" komandası olub. O, ölkəsinin "Fortaleza" klubunun yetirməsidir.

Mənbə: report.az

Xəbər lenti