IMG-LOGO

"Borussiya" Yunanıstan millisinin yarımmüdafiəçisi Konstantinos Karetsasın transferini rəsmiləşdirib

03 Aug 2026 16:49 5 baxış
IMG

Almaniyanın "Borussiya" (Dortmund) klubu Yunanıstan millisinin yarımmüdafiəçisi Konstantinos Karetsasın transferini rəsmiləşdirib.

"Report" Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Belçikanın "Genk" klubundan transfer edilən 18 yaşlı futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.

"Transfermarkt" portalının məlumatına görə, Almaniya təmsilçisi bu keçid üçün 30 milyon avro ödəyib.

Qeyd edək ki, K.Karetsas ötən mövsüm "Genk"in heyətində keçirdiyi 49 matçda 3 qol vurub və 18 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi Yunanıstan millisinin heyətində də 3 dəfə fərqlənib.

Mənbə: report.az

Xəbər lenti