IMG-LOGO

Azərbaycan velosipedçisi Viktoriya Sidorenko Çində uğurlu nəticə göstərib

03 Aug 2026 17:30 4 baxış
IMG

Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət Elit yığmasının üzvü Viktoriya Sidorenko Çində "Pardus MK Women"s Cycling Team" komandasının heyətində "Xinjiang Production and Construction Corps" beynəlxalq turnirində uğurla çıxış edib.

Bu barədə "Report"a Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.

İkigünlük yarışın birinci mərhələsində bütün rəqiblərini qabaqlayan idmançı növbəti gün fəxri kürsünün üçüncü pilləsinə qalxıb və ümumi təsnifatda 1-ci yeri tutub.

Qeyd edək ki, V.Sidorenko Çin komandasının heyətində cari ilin 2-7 oktyabr tarixlərində Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq prosesi keçir.

Mənbə: report.az

Xəbər lenti