IMG-LOGO

Klub tarixinin ən gənc oyunçusu "Mançester Yunayted"də debüt etdi: ümumi soyunma otağına buraxılmadı

03 Aug 2026 16:23 4 baxış
IMG
0 0

Cey-Cey Qabrielin "Mançester Yunayted"də debütü mövsümöncəsi "Atletiko"ya qarşı oyunda baş tutub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, rəsmi oyun olmasa da, gənc hücumçu klub tarixinə düşüb: 15 yaş 299 günlüyündə "Qırmızı şeytanlar"ın əsas komandasında oynayan ən gənc oyunçu olub.

Cey-Cey o qədər gəncdir ki, uşaqların qorunması qaydalarına görə soyunma otağını yaşlı komanda yoldaşları ilə paylaşa bilmir. İngiltərə klublarından gənc futbolçuların təhlükəsizliyini təmin etmək üçün bu qaydalara riayət etmələri tələb olunur.

"Mankunianlar"ın ortaq soyunma otağı belə görünüb:

Qabrielə ayrıca otaq ayrılıb:

Qabriel meydanda cəmi səkkiz dəqiqə oynayıb, lakin böyüklərdən tərif alıb. Leni Yoro oyundan sonra deyib: "O, həqiqətən yaxşı oyunçudur. Hələ gəncdir, öyrənməli və inkişaf etdirməli çox şey var. Amma o, çox təvazökar bir oğlandır və komanda ilə ilk dəqiqələrini keçirdiyinə şadam".

Onun rəsmi debütünü nə vaxt gözləyə bilərik?  

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti