IMG-LOGO

40 kənd işıqsız qaldı

14 Jan 2024 12:28 135 baxış
IMG

Lerik rayonunun mərkəzində qarın hündürlüyü 40 sm-ə çatıb.

Lent.az-ın xəbərinə görə, Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirib ki, hazırda Lənkəran-Lerik yolu açıqdır.

Qeyd edilib ki, dağ kəndləri ilə əlaqə var. Lerik rayonunun mərkəzinə 40 sm, dağlara isə 50 - 60 sm qar yağıb: “Rayonunun mərkəzində və bəzi kəndlərdə elektrik enerjisi var. 40-a yaxın kəndin elektrik enerjisinin bərpası istiqamətində işlər davam etdirilir".

Mənbə: lent.az

Xəbər lenti