IMG-LOGO

Yollar buz bağlayacaq-XƏBƏRDARLIQ

14 Jan 2024 12:49 235 baxış
IMG

Milli Hidrometeorologiya Xidməti yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-15-də bəzi ərazilərdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yanvarın 14-16-da gecə və səhər saatlarında magistral yolların buz bağlama ehtimalı var.

Mənbə: lent.az

Xəbər lenti