IMG-LOGO

Güclü qar Cəlilabad və Biləsuvarda nəqliyyatın hərəkətində problemlər yaradıb 

14 Jan 2024 12:15 100 baxış
IMG

Güclü qar və çovğun Cəlilabad rayonunda nəqliyyatın hərəkətində problemlər yaradıb.

"Report"un Muğan bürosunun məlumatına görə, ötən gün günorta saatlarından yağmağa başlayan qar yağışı nəticəsində Cəlilabad şəhəri ərazisində və kəndlərdə avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Rayonun dağ kəndlərində qarın hündürlüyü 50 sm-i keçib.

Analoji hava şəraiti Biləsuvar rayonunda da müşahidə olunur. Belə ki, rayon mərkəzində və kəndlərdə avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Elektrik enerjisinin verlişində bəzi ərazilərdə fasilələr yaranıb.

Hazırda hər iki rayonda mütəmadi olaraq müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir. Bölgədə qar yağışı davam edir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti