IMG-LOGO

Uşağa qışqırmaq niyə təhlükəlidir?

06 Jan 2026 12:23 5 baxış
IMG
0 0

Bir çox valideynlər hesab edir ki, qışqırmaq itaətsizliyi tez bir zamanda dayandırmağa kömək edir. Lakin psixoloqlar xəbərdarlıq edirlər: bu cür tərbiyənin nəticələri göründüyündən qat-qat daha ciddi ola bilər.

Lent.az xəbər verir ki, qışqırıq uşaq tərəfindən təhlükə kimi qəbul edilir, hətta böyüyün ona zərər vermək niyyəti olmasa belə. Bu, stress mexanizmlərini işə salır və uşaqda təhlükəsizlik hissinin formalaşmasına mane olur.

Tədqiqatlar göstərir ki, mütəmadi qışqırıq uşağın valideynlərinə olan etimadını azaldır. Uşaq valideynləri artıq qoruyucu kimi görmür və özünə qapanmağa başlayır. Psixoloqlar qeyd edirlər ki, tez-tez qışqırılan uşaqlar narahatlıq və özünə inamsızlıqla daha çox üzləşirlər. Onların özünə dəyər hissi dəstək üzərində deyil, qorxu üzərində formalaşır. Qışqırıq idrak inkişafına da mənfi təsir göstərir. Uşaq diqqətini toplamaqda çətinlik çəkir və məlumatı daha gec mənimsəyir.

Psixoloqlar vurğulayırlar ki, daimi stress beynin tam gücü ilə işləməsinə mane olur. Bu isə dərs oxumağa və ünsiyyətə mənfi təsir edir. Qışqırığa öyrəşmiş uşaqlar daha tez-tez aqressiya nümayiş etdirirlər. Onlar böyüklərin davranış modelini təqlid edirlər. Psixoloqlar xatırladırlar: qışqırıq öyrətmir, qorxudur. Uşaq emosiyanı yadda saxlayır, amma davranışının mahiyyətini anlamır. Müntəzəm təzyiq günahkarlıq hissi formalaşdırır. Bu hiss uşaqla birlikdə böyüyür və onun yetkin həyatında da qalır.

Psixoloqlar bildirirlər ki, belə uşaqlar münasibətlərdə daha çox çətinliklərlə üzləşirlər. Onlar üçün insanlara güvənmək və hisslərini açıq şəkildə ifadə etmək çətin olur. Qışqırıq fiziki sağlamlığa da təsir edir. Daimi stress psixosomatik xəstəliklərin riskini artırır. Psixoloqlar vurğulayırlar ki, tərbiyə dialoq üzərində qurulmalıdır. Yalnız bu halda uşaq davranışlarının nəticələrini başa düşməyi öyrənir. Qışqırıq emosional bağı zəiflədir və ünsiyyəti mübarizəyə çevirir.

Psixoloqlar qeyd edirlər ki, uşaqlar dəstəyə və izaha ehtiyac duyurlar. Bu, onların harmonik inkişafına kömək edir. Qışqırıq isə ömür boyu iz buraxa bilər qorxu və inamsızlıq formalaşdırır. Psixoloqlar əmindirlər ki, qışqırıqsız tərbiyə uşağı daha güclü və özünə güvənən edir. Uşağın gələcəyinin sirri ondadır ki, onu səsi ilə susdurmaq yox, dinləmək lazımdır.  

Uşaq uşaq psixologiyası

Xəbər lenti