IMG-LOGO

Azərbaycanın məşhur güləşçisi dünya çempionatından sonra karyerasını bitirəcək

06 Jan 2026 11:14 4 baxış
IMG

Azərbaycanın məşhur yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) bu il keçiriləcək dünya çempionatından sonra karyerasını başa vuracaq.

Bu barədə "Report"a 33 yaşlı idmançının özü məlumat verib.

O, karyerası ilə bağlı qərar qəbul etdiyini vurğulayıb:

"Bu il də güləşə davam edəcəyəm. Böyük ehtimalla Avropa çempionatında iştirak etməyəcəyəm. Ancaq ilin sonunda, karyeram üçün önəmli olan dünya çempionatına qatılacağam və həmin yarışdan sonra karyeramı bitirəcəyəm".

Qeyd edək ki, Eldəniz Əzizli 4 qat dünya və 2 qat Avropa çempionudur.

Bu il güləş üzrə dünya çempionatı 24 oktyabr - 1 noyabr aralığında Bəhreynin paytaxtı Manamada keçiriləcək. Avropa çempionatı isə aprelin 20-dən 26-dək Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq.

Xəbər lenti