2025-ci ildə Azərbaycan Türkiyədən 233,41 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,4 % çoxdur.
Təkcə dekabrda Türkiyə Azərbaycana 30,541 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 52,2 % çoxdur.
Ötən il Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 6,4 % artaraq 17,732 milyard ABŞ dollarına, dekabr ayında isə 17,2 % artaraq 1,731 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 1 milyard 748,185 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 3,6 % çox), Almaniya 1 milyard 401,284 milyon ABŞ dolları (3,3 % çox) və ABŞ 1 milyard 156,228 milyon dolları (49,7 % çox) dəyərində həyata keçirib.