Mərkəzi Afrika Respublikasının (MAR) Milli Seçki Komissiyası 2025-ci il dekabrın 28-də keçirilmiş prezident seçkilərində hazırkı dövlət başçısı Fosten-Arkanja Tuaderanın qalib gəldiyini elan edib.
"Report" xəbər verir ki, bu barədə TASS "Ndeke Luka" radiostansiyasına istinadən məlumat yayıb.
Bildirilib ki, Tuadera səslərin 76,15 %-ni toplayıb.
Mərkəzi Afrika Respublikasında prezident, parlament və yerli seçkilər ötən il dekabrın 28-də keçirilib. Dövlət başçısı vəzifəsinə yeddi nəfər, o cümlədən, 2016 və 2020-ci illərdə keçirilən seçkilərdə qalib gəlmiş Tuadera namizəd olub.
2023-cü ilin yayında referendumda qəbul edilmiş yeni konstitusiya ona üçüncü dəfə seçilmək hüququ verib. Prezidentlik müddəti yeddi ildir.