IMG-LOGO

Azərbaycan Həndbol Federasiyasının rəsmisi Avropa çempionatı matçına təyinat alıb

06 Jan 2026 09:36 5 baxış
IMG

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov təyinat alıb.

Bu barədə "Report"a AHF-dən məlumat verilib.

Təcrübəli mütəxəssis kişi həndbolçular arasında AVRO-2028-in seçmə mərhələsinin Bolqarıstan - Türkiyə görüşündə Avropa Həndol Federasiyanın nümayəndəsi olacaq.

Yanvarın 7-də Şumen şəhərində keçiriləcək matçı rumıniyalı hakimlər briqadası idarə edəcək.

Xəbər lenti