IMG-LOGO

Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham edib

06 Jan 2026 08:28 5 baxış
IMG

Kamboca Ubonraçathani əyalətində Tailand hərbçilərinin mövqelərini atəşə tutaraq atəşkəs rejimini pozub.

"Report"un xəbərinə görə, bu barədə Tailandın Krallığın Silahlı Qüvvələri və Xarici İşlər Nazirliyinin nümayəndələrinin daxil olduğu Kamboca ilə sərhəddəki vəziyyətlə bağlı Birgə Mətbuat Mərkəzinin yaydığı məlumatda deyilir.

"Kamboca yanvarın 6-da səhər saat 7:25-də (Bakı vaxtı ilə 4:25-də – red.) atəşkəsi pozub. Kamboca qüvvələri Çonq Bok bölgəsini minaatanlardan atəşə tutub. Hadisə nəticəsində bir Tailand əsgəri qəlpə yaraları alıb", - xəbərdə vurğulanıb.

Xatırladaq ki, Kamboca və Tailand ötən ilin dekabrın 27-də yerli vaxtla saat 12:00-dan (Bakı vaxtı ilə 09:00) iki ölkənin Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasından sonra atəşkəs barədə razılığa gəliblər.

Xəbər lenti