IMG-LOGO

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk qarşılaşmaları keçiriləcək

06 Jan 2026 09:02 7 baxış
IMG

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk qarşılaşmaları keçiriləcək.

"Report"un məlumatına görə, kişi voleybolçuların yarışında VIII turun iki görüşü baş tutacaq.

Saat 16:00-da "Neftçi" "Gənclər"lə, 18:00-da isə "Ordu" "Murov Az Terminal"la üz üzə gələcək.

Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Qadınlar arasında isə VI turdan təxirə düşən "Murov Az Terminal" - "Abşeron" matçı gerçəkləşəcək. Görüş "Murov Az Terminal"ın idman zalında, saat 17:00-da başlayacaq.

Xəbər lenti