IMG-LOGO

Ağ Ev: Real dünya güc və qüdrətlə idarə olunur

06 Jan 2026 06:33 4 baxış
IMG

"Real dünyanın qanunları onun güc və qüdrətlə idarə olunduğunu göstərir".

"Report"un xəbərinə görə, bunu Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller CNN telekanalına müsahibəsində deyib.

"Beynəlxalq ədəb-ərkan və qalan hər şey haqqında istədiyiniz hər şeyi danışa bilərsiniz, lakin biz güc və qüdrətlə idarə olunan bir dünyada, real dünyada yaşayırıq. Bunlar dünyanın dəmir qanunlarıdır", - deyə o, jurnalistə bildirib.

Miller həmçinin qeyd edib ki, ABŞ keçid dövründə Venesuelaya effektiv şəkildə nəzarət edir.

Xəbər lenti