IMG-LOGO

ABŞ-də uranın zənginləşdirilməsi üçün şirkətlərə 2,7 milyard dollar ayırılıb

06 Jan 2026 04:21 7 baxış
IMG

ABŞ Energetika Nazirliyi ölkədə uranın zənginləşdirilməsi potensialının inkişafı üçün üç şirkətə ümumilikdə 2,7 milyard dollar ayırıb.

"Report" xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, vəsait növbəti 10 il ərzində ölkədə uranın zənginləşdirilməsi potensialının inkişafı üçün nəzərdə tutulub.

ABŞ hakimiyyəti ümid edir ki, bu, enerji təhlükəsizliyini gücləndirəcək və xarici təchizatçılardan asılılığı azaldacaq.

ABŞ-ın energetika naziri Kris Rayt bəyan edib ki, Vaşinqton administrasiyası mövcud və gələcək nüvə reaktorlarını dəstəkləmək üçün etibarlı nüvə yanacağı təchizatı zəncirlərini bərpa etməyə sadiqdir.

Xəbər lenti