Ukrayna lideri Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarələrinin rəhbərlərini işdən azad edib.
"Report"un məlumatına görə, bununla bağlı müvafiq sərəncamlar dövlət başçısının saytında yerləşdirilib.
Sənədlərə əsasən, Andrey Tupikov əks-kəşfiyyat idarəsinin rəisi, Aleksandr Dubrovin isə xidmətin hərbi əks-kəşfiyyat idarəsinin rəisi vəzifəsindən azad edilib.
Bu arada, başqa bir sərəncamla Tupikov xidmət rəhbərinin müavini təyin edilib. Hazırda yeni şöbə müdirlərinin təyin edilməsi ilə bağlı heç bir sərəncam dərc olunmayıb.
Eyni zamanda, saytda Oleksandr Pokladın xidmət rəhbərinin birinci müavini, Denis Kilimnikin isə qurumun Antiterror Mərkəzinin rəhbəri təyin edilməsi haqqında sərəncamlar dərc edilib.