IMG-LOGO

Sibiqa: Moskva sülh səylərini rədd edir

06 Jan 2026 03:35 9 baxış
IMG

Rusiya Silahlı Qüvvələri yanvarın 5-də Amerika şirkətinin Dneprdəki müəssisəsinə zərbə endiriblər. Bu, Kermlin Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün sülh səylərini rədd etdiyini göstərir.

"Report" xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bu sözləri xarici siyasət idarəsinin teleqram kanalında yer alıb.

Nazir qeyd edib ki, Rusiya ordusunun məqsədyönlü zərbəsi Amerika şirkəti "Bunge"yə məxsus Dneprdəki günəbaxan yağı istehsalı zavoda ciddi ziyan vurub. Onun sözlərinə görə, Rusiya hərbçiləri əvvəllər də bu müəssisəyə hücum etməyə cəhd göstəriblər.

Onun sözlərinə görə, Rusiya Ukraynada Amerika biznesinə sistemli şəkildə hücum edir: "Keçən il Rusiya silahlı qüvvələrinin zərbələri "Boeing"in Kiyevdəki ofisini, Zakarpatyadakı böyük Amerika elektronika istehsalçısını və digər obyektləri zədələyib" , - Sibiqa vurğulayıb.

"Ukraynada Amerikanın biznesinə və maraqlarına Rusiyanın hücumları ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında sülh səylərinə tam etinasızlığını nümayiş etdirir. Məhz buna görə də sülh səylərinin irəli aparılması vacibdir və Ukrayna irəli getməyə hazırdır, hava hücumundan müdafiəni və Rusiya Federasiyasına qarşı sanksiya təzyiqini gücləndirməyə hazırdır", - Ukrayna XİN rəhbəri qeyd edib.

O vurğulayıb ki, rusların sülhə doğru konstruktiv addımlar kontekstində qarşılıqlı addımlardan imtina etməsinə cavab verilməlidir.

Qeyd edək ki, Dneprdə rus dronlarının hücumu nəticəsində Amerika şirkətinin "Bunge" zavodu zədələnib. Zavodda istehsal olunan 300 ton bitki yağı şəhər yollarına dağılıb

Xəbər lenti