IMG-LOGO

Prezident silah ixracından danışıb: Qısamüddətli hədəf ixracı bir milyard dollara çatdırmaqdır

06 Jan 2026 01:07 9 baxış
IMG

"Dünyada, əfsuslar olsun ki, müharibələrin sayı artır, hərbi təyinatlı məhsullara tələbat artır. Onların qiyməti kəskin artıb".

"Report" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"İlk növbədə, sursatların qiyməti kəskin artıb. Ona görə bu, bizim üçün alternativ valyuta mənbəyi ola bilər və qoyduğum qısamüddətli hədəf ixracı bir milyard dollara çatdırmaqdır. Hesab edirəm ki, biz bu rəqəmə üç-dörd ilə çata bilərik. Bu, tam realdır. Xarici şirkətlərdən də çox böyük maraq var, yerli şirkətlər də fəal işləyirlər. Yəni əminəm ki, yaxın gələcəkdə Azərbaycan ictimaiyyəti bu sahədə gedən işlərlə tanış olacaq", - deyə dövlət başçısı bildirib.

Xəbər lenti