IMG-LOGO

Simeone 14 ildə “Real” və “Barselona”nın 18 məşqçisinə qarşı oynayıb

28 Dec 2025 16:35 5 baxış
IMG
0 0

"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin dünyanın ən uzun müddət çalışan məşqçilərindən biri olduğu heç kimə sirr deyil. 

Lent.az-ın xarici meiaya istinadla xəbərinə görə, o, 2011-ci ildə Madrid klubuna baş məşqçi təyin olunub və o vaxtdan bəri eyni komandada qalıb.

Bu müddət ərzində "Barselona" və "Atletiko"nun əsas rəqibləri olan “Real”da neçə məşqçi dəyişdiyini heç düşünmüsünüzmü? Cavabımız var: 18, hər klub üçün doqquz.

“Barselona”: Pep Qvardiola, Tito Vilanova, Xerardo Martino, Luis Enrike, Ernesto Valverde, Kike Setyen, Ronald Kuman, Xavi, Hansi Flik.

“Real”: Joze Mourinyo, Karlo Ançelotti, Rafael Benites, Zinəddin Zidan, Xulen Lopeteqi, Santyaqo Solari, Zinəddin Zidan, Karlo Ançelotti, Xabi Alonso.

Dieqo Simeone "Atletiko"nun baş məşqçisi İspaniya La liqası

Xəbər lenti