ABŞ Prezidenti Donald Trampın administrasiyası şənbə gününə keçən gecə Venesuelanın paytaxtı Karakasda baş verən partlayışlardan xəbərdardır.
"Report" xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən bildirib.
"Mənbələrin məlumatına görə, Tramp administrasiyasının nümayəndələri Venesuelanın paytaxtı Karakasda səhər saatlarında baş verən partlayışlar və təyyarələrin uçuşları barədə məlumatlıdırlar", - bəyanatda deyilib.
Nəşr qeyd edib ki, ABŞ hakimiyyəti bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.