IMG-LOGO

Azərbaycanlı futbolçunu öldürən erməni yenidən HƏBS EDİLDİ

16 Sep 2026 17:39 2 baxış
IMG
3 0

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunun qətlinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüşçü Tiqran Çiçakyan yenidən qalmaqallı hadisənin mərkəzinə düşüb. Bu dəfə o, adam oğurluğunda ittiham olunur. Məhkəmə idmançı barəsində artıq həbs qətimkan tədbiri seçib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 30 yaşlı Tiqran avqustun 7-də saxlanılıb. İlkin məlumata əsasən, onunla birlikdə 33 yaşlı daha bir kişi də cinayət işi üzrə təqsirləndirilən şəxs qismində keçir.

Onlar bir qrup şəxs tərəfindən zor tətbiq etməklə və tamah məqsədilə adam oğurlamaqda ittiham olunurlar. Kamensk-Uralskinin Sinarski Rayon Məhkəməsi istintaqın vəsatəti əsasında hər iki şəxsin istintaq təcridxanasına göndərilməsinə qərar verib.

Tiqran Çiçakyan 2016-cı ildə quldurluq və qətldə ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilib. O, 2024-cü il avqustun 16-da azadlığa çıxıb. Son vaxtlar Beloyarski rayonunda yaşayıb.

Tiqranın mühakimə olunduğu qətl işi həmin dövrdə böyük rezonans doğurmuşdu. İstintaqın versiyasına görə, 2015-ci il aprelin 19-da o zaman 18 yaşı olan erməni əsilli Tiqran Alpinistov küçəsində yerləşən “U Saşi” kafesində istirahət edib. Həmin məkanda futbolçu Emil Hüseynov da dostları ilə birlikdə olub.

Gecə saatlarında iki qrup arasında mübahisə yaranıb və kütləvi dava baş verib. İstintaqın məlumatına görə, Tiqran qarşı tərəfin sinə nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub. Nəticədə Hüseynov ölüb.

Qətl işi üzrə hökm 2016-cı il iyulun 13-də çıxarılıb. Tiqran Çiçakyan həmçinin şəriki ilə birlikdə idman mağazasını qarət edib.

Hadisələr kriminal xəbərlər kriminal hadisələr erməni azərbaycanlı Rusiya azərbaycanlı futbolçu qətl məhkəmə işləri

Mənbə: lent.az

Xəbər lenti