IMG-LOGO

Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi

16 Sep 2026 16:11 2 baxış
IMG
0 0

Yunanıstanda plazmaferez prosedurundan keçdiyi klinikada ürək dayanan müğənni Yorqos Mazonakisin ölümü ilə bağlı istintaqdan sonra iki həkim həbs edilib.

Lent.az-ın xarici mediaya istinadən məluamatına görə, həkimlər "mümkün qəsdən adam öldürmə" ittihamı ilə üzləşiblər. Plazmaferez aparatının 42 dəqiqə işlədiyini göstərən texniki məlumatlar da istintaq sənədlərinə daxil edilib.

Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, Afinanın Kolonaki rayonundakı bir kliniikada çalışan iki həkim uzunmüddətli müdafiədən sonra prokuror və istintaq aparan hakimin birgə qərarı ilə həbs edilib.

Həkimlər "mümkün qəsdən adam öldürmə" ittihamı ilə ittiham olunsalar da, hər iki şübhəli ittihamları rədd edib. Məlumata görə, onlar Mazonakisin ölümünə səbəb ola biləcək heç bir səhv etmədiklərini və səhlənkarlıq iddialarını rədd etdiklərini bildiriblər.

İstintaq zamanı plazmaferez cihazından əldə edilən texniki məlumatların onun 42 dəqiqə işlədiyini göstərdiyi bildirilib. Bundan əlavə, təhlükəsizlik kamerasının görüntüləri ilə təcili yardım çağırışının vaxtı arasında təxminən üç saatlıq vaxtın araşdırıldığı bildirilib.

54 yaşlı Mazonakis, plazmaferez proseduru üçün getdiyi Afinadakı özəl bir tibb mərkəzində ürəyi dayandıqdan sonra sentyabrın 9-da vəfat edib.

Yorqos Mazonakis müğənni xəstəxana müəmmalı ölüm istintaq həkimlər həbs

Mənbə: lent.az

Xəbər lenti