IMG-LOGO

Fərda uşaqlıqda başına gələn möcüzədən DANIŞDI

07 Jan 2024 17:56 136 baxış
IMG

Aktyor Fərda Amin teleproqramlardan birində başına gəlmiş maraqlı bir hadisə barədə danışıb.

Lent.az-ın xəbərinə görə, aktyor üçüncü sinfə qədər danışa bilmədiyini, nitqinin qüsurlu olduğunu deyib.

“Sinifdə uşaqlar lağ edirdilər, pərt olurdum. B, r, o hərflərini deyə bilmirdim. Həyəcanlananda, daha çox kəkələyirdim, dilim batırdı. Ağlayırdım. Balaca idim, Allaha dua eləməyi də bilmirdim, eləcə arzu edirdim ki dilim açılsın.

O zaman atamın işinə görə, Lerikdə yaşayırdıq. Bir gecə yuxuda mənə dedilər ki, anana de səni Babagil pirinə aparsın. Yuxudan ağlayaraq durub anama dedim. O zamana qədər evdəkilər də bu pir barədə heç nə eşitməmişdilər. Səhər məni pirə apardılar. Evə gəldim yatdım. Yuxudan duranda problemsiz danışa bilirdim”, - o bildirib.

Mənbə: lent.az

Xəbər lenti