ABŞ ordusu İrana qarşı quru əməliyyatı həyata keçirmək üçün Hörmüzqan vilayətinə aparan körpüləri dağıdıb.
"Report" xəbər verir ki, bu barədə İranın Ali rəhbərinin hərbi müşaviri Möhsün Rezai yerli mediaya müsahibəsində deyib.
"Amerika ordusu komandanlarının düşünülməmiş planı quru və hava hücumunun dayandırılmasına səbəb olub", - o bildirib.
Rezainin sözlərinə görə, İranın zərbələrindən sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki rəhbərliyi əvvəlcə Qətərdən İordaniyaya köçürülüb, sonra isə İsrailə yerləşdirilib. "Zərbələrimiz nəticəsində ABŞ-nin Küveytdəki mövqeləri dağıdılıb, bir çox Amerika hərbçisi isə Ərbildən (İraq) təxliyə olunub", - o vurğulayıb.
İranın Ali rəhbərinin hərbi müşaviri Ukraynanın Xəzər dənizindəki gəmiyə hücumuna cavabın da hazırlandığını açıqlayıb:
"Biz Ukraynanın üç regionuna zərbə endirməyə hazır idik, lakin onlar hücumun səhvən həyata keçirildiyini bildirdikdən sonra bu iddiaları yoxlamaq üçün cavabımızı dayandırdıq. İstənilən halda, onlar öz zərbələrinə görə məsuliyyət daşımalıdırlar".
Mənbə: report.az