IMG-LOGO

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında təxirə salınmış iki oyun keçirilib

22 Dec 2025 19:08 101 baxış
IMG

Voleybol üzrə Azərbaycan Yüksək Liqasının III turundan təxirə salınmış iki görüş bu gün baş tutub.

"Report"un məlumatına görə, kişilərin yarışında "Xilasedici" Fövqəladə Hallar Nazirliyinin idman zalında "Azərreyl"lə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb.

Qadınların çempionatında isə "Milli Aviasiya Akademiyası" evdə "Abşeron"a 3:0 hesabı ilə qalib gəlib.

Mənbə: report.az

Xəbər lenti