IMG-LOGO

Market və avtomobilləri talayan keçmiş məhkum saxlanıldı - VİDEO

08 Jul 2026 17:04 4 baxış
IMG
0 0

Bakının Nərimanov rayonu və Sumqayıt şəhərində silsilə oğurluq hadisələri qeydə alınıb. Market və avtomobillərdən ümumi dəyəri 2000 manatdan artıq olan tütün məmulatları naməlum şəraitdə talanıb. 

Lent.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı Q.Kərimov müəyyən olunaraq saxlanılıb. Saxlanılan şəxsdən həmçinin narkotik vasitə olan heroin də aşkarlanıb.

Araşdırma aparılır.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr oğurluq

Mənbə: lent.az

Xəbər lenti