IMG-LOGO

Bred Pittin özündən 29 yaş kiçik sevgilisi ilə romantik FOTOLARI

08 Jul 2026 17:32 3 baxış
IMG
10 0

Məşhur aktyor Bred Pitt sevgilisi İnes de Ramonla münasibətlərini ilk dəfə sosial şəbəkədə açıq şəkildə nümayiş etdirib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 2022-ci ildən birlikdə olan cütlüyün romantik fotolarını onların saç stilisti Lori Zanoletti paylaşıb. Daha sonra İnes de Ramon həmin şəkilləri öz "Instagram" hekayəsində yenidən paylaşaraq münasibətlərini rəsmən təsdiqləyib.

Cütlüyün fotosu Teylor Svift və Trevis Kelsinin toy mərasimində çəkilib. Qara rəngli uyğun geyimlər seçən cütlük kameralar qarşısında səmimi pozlar verib. Fotolar qısa müddətdə sosial şəbəkələrdə geniş müzakieələeə səbəb olub.

Qeyd edək ki, Bred Pitt və İnes de Ramon daha əvvəl də ictimaiyyət qarşısına birlikdə çıxıblar. Onlar ilk dəfə 2024-cü ildə keçirilən Venesiya Beynəlxalq Film Festivalında qırmızı xalçada bərabər görüntülənmişdilər.

Xatırladaq ki, 62 yaşlı aktyor sevgilisindən 29 yaş böyükdür. Aktyorun yaxın ətrafı bildirir ki, İnes de Ramonun sakit xarakteri və sevgilisinə rahat həyat mühiti yaratması Bred Pittin özünü daha xoşbəxt hiss etməsinə kömək edir. Bu səbəbdən aradakı yaş fərqi onların bir-birinə sevgisini azaltmır. 

maqazin aktyor

Mənbə: lent.az

Xəbər lenti