IMG-LOGO

Qonşusunu öldürüb, onun arvadını yaralayan İnşallaha hökm oxundu

18 Dec 2025 18:29 3 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Buzovnada qonşusunu öldürməkdə, onun arvadı ilə oğlunu yaralamaqda təqsirləndirilən İnşallah Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi İnşallah Hacıyevin 9 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Dövlət ittihamçısı İ. Hacıyevin 10 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, hadisə 2024-cü il oktyabrın 6-da Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbədə yaşayan İ.Hacıyev mübahisə zamanı qonşuları - Qurban Məlikova, arvadı Könül Məlikovaya və oğlu Məzahir Məlikova bıçaqlayıb.

Qurban Məlikov hadisədən bir qədər sonra dünyasını dəyişib.

Təqsirləndirilənə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, hadisə zamanı İ.Hacıyevin 18 yaşı tamam olmayıbmış.

Fərqanə Novruzova

Hadisələr

Xəbər lenti