Bolqarıstan 70-ci “Avroviziya-2026” mahnı müsabiqəsinin qalibi olub.
Lent.az xəbər verir ki Avstriyanın paytaxtı Vyanada keçirilən yarışda ölkə təmsilçisi “Bangaranga” mahnısını səsləndirib.
Xatırladaq ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 12-də, ikinci yarımfinalı isə 14-də keçirilib. *** Avstriyada 70-ci “Avroviziya-2026” mahnı müsabiqəsinin finalı başlayıb.
Lent.az xəbər verir ki, paytaxt Vyanada keçirilən yarışda 26 ölkə mübarizə aparır.
Finalçılar aşağıdakı kimidir:
Belçika Xorvatiya Finlandiya Yunanıstan İsrail Litva Moldova Polşa Serbiya İsveç Albaniya Avstraliya Bolqarıstan Kipr Çexiya Danimarka Malta Norveç Rumıniya Ukrayna
Qeyd edək ki, Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və ev sahibi Avstriya birbaşa finala çıxıb.
avroviziya 2026 final
