"Real"ın keçmiş hücumçusu və "Qızıl top" mükafatçısı Kərim Benzema həyat yoldaşı üçün Parisdə qeyri-adi bir görüş təyin edib.
Lent.az-ın xəbərinə görə, iyul ayında Benzemanın ikinci dəfə evləndiyi açıqlanıb. Onun seçdiyi xanım aktrisa Lina Kudridir.
Kərim bütün Luvr muzeyini gecəyə icarəyə götürüb ki, sevgilisi ilə böyük izdiham olmadan vaxt keçirə bilsin.
Şayiələrə görə, bu, ona ən azı 12.000 dollara başa gəlib.
Futbolçu paylaşımda "Öldürən sənət" şərhini yazıb.
Kərim Benzema aktrisa Lina Kudri həyat yoldaşı




