IMG-LOGO

PSJ Qitələrarası Kubokun sahibi olub

17 Dec 2025 23:52 3 baxış
IMG

Fransanın PSJ klubu FIFA Qitələrarası Kubokunun sahibi olub.

"Report" xəbər verir ki, Paris təmsilçisi Qətərdə baş tutan həlledici görüşdə Braziliyanın "Flamenqo" kollektivini üstələyib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşdığından qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq oynayan (2:1) Luis Enrikenin baş məşqçisi olduğu kollektiv Qitələrarası Kuboka sahib çıxıb.

Qeyd edək ki, PSJ tarixində ilk dəfə Qitələrarası Kuboka sahib çıxıb.

Xəbər lenti