IMG-LOGO

"Sumqayıt"ın qış hazırlıq planı və yoxlama oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib

17 Dec 2025 20:51 2 baxış
IMG

"Sumqayıt" komandasının qış hazırlıq planları bəlli olub.

Klubdan "Report"a verilən məlumata görə, Saşa İliçin yetirmələri Misli Premyer Liqasında dekabrın 22-də baş tutacaq "Sabah"la oyundan sonra istirahətə buraxılacaq.

Kollektiv 2026-cı il, yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

Həmin tarixdən ayın 17-dək Lara bölgəsində yerləşən "Limak" otelində məskunlaşacaq "gənclik şəhəri" təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın "Paksi", Serbiyanın "OFK Belqrad" və Xorvatiyanın "Osiyek" klubu ilə yoxlama oyunları keçirəcək.

Xəbər lenti