IMG-LOGO

Türkiyə Superliqası təmsilçisi baş məşqçisi ilə yollarını ayırıb

17 Dec 2025 18:21 3 baxış
IMG

Türkiyə Superliqası təmsilçisi "Antalyaspor" baş məşqçisi Erol Bulutla yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda son olaraq Superliqanın XVI turunda doğma meydanda "Qalatasaray"a 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, "Antalyaspor" turnir cədvəlində 15 xalla 15-ci pillədə qərarlaşıb. Erol Bulut komandaya bu il baş məşqçi təyin olunmuşdu.

Xəbər lenti