Hücumçu Kərim Adeyemi həyat yoldaşına görə Dortmund "Borussiya"sından ayrıla bilər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Almaniya millisinin oyunçusu klub rəhbərliyinə başqa komandaya keçmək niyyətində olduğunu bildirib.
Kərimin həyat yoldaşı, Kosovo əsilli isveçrəli hip-hop sənətçisi Loredana Zefi Aliu sənaye Dortmundunda deyil, başqa bir Avropa şəhərində, metropolda yaşamaq istəyir.
Adeyemi 30 yaşlı isveçrəli reperlə bir il əvvəl evlənib.
Adeyemi'nin “Borussiya” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
“Transfermarkt” hücumçunu 60 milyon avro dəyərində qiymətləndirir. Noyabr ayında Kərimin "Mançester Yunayted" və "İnter" ilə danışıqlar apardığı bildirilib.
Bu mövsüm 23 yaşlı futbolçu Bundesliqada 14 oyun keçirib, dörd qol vurub və bir məhsuldar ötürmə edib.
Kərim Adeyemi Dortmund "Borrusiya"sının hücumçusu Loredana Zefi Aliu




