IMG-LOGO

"Mossad": İran İsraili məhv etmək istəyindən imtina etməyib

17 Dec 2025 17:21 3 baxış
IMG

"Mossad" rəhbəri David Barnea İranı hələ də nüvə silahı yaratmağa çalışmaqda ittiham edib.

Bu barədə "Report" "Bloomberg"ə istinadən xəbər verir.

"İran İsraili məhv etmək istəyindən imtina etməyib. Nüvə bombasını hazırlamaq hələ də onların arzusudur. Bizim məqsədimiz əvvəl amerikalılarla sıx əməkdaşlıqda ciddi zərər vurulmuş nüvə layihəsinin heç vaxt həyata keçirilməməsini təmin etməkdir",- deyə o bildirib.

D.Barneanın sözlərinə görə, İran "dünyanı aldatmaq və daha bir pis nüvə sazişi əldə etmək" niyyətindədir.

"Biz pis bir sazişin (İranın nüvə proqramı - red.) bağlanmasına imkan verməmişik və verməyəcəyik", - deyə o vurğulayıb.

Xəbər lenti