IMG-LOGO

Nərimanovda yanğın - İki nəfər yaralandı -YENİLƏNİB

13 Jul 2026 09:28 3 baxış
IMG
27 0

12:07.2026-cı il tarixində saat 22:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi ərazisindən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

2 nəfərə (1 qadın, 1 kişi) yerində yardım olunub.

1 nəfər (qadın) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

 

 

***

Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Hadisə zamanı iki nəfər yüngül yaralanıb. Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.

Binanın liftində köməksiz vəziyyətdə qalan sakinlər isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas ediblər.

Faktla bağlı araşdırma aparılır.

Nərimanov yanğın

Mənbə: lent.az

Xəbər lenti