IMG-LOGO

Gəncədə 8 nəfər yas mərasimində zəhərləndi

12 Jul 2026 19:15 3 baxış
IMG
2 1

Gəncədə kütləvi zəhərlənmə olub.

Hadisə şəhərin Atatürk prospektində yas mərasimində baş verib.

Belə ki, yas yerində 8 nəfər yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər. Dərhal həmin şəxslər zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onlara yardım edilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə zəhərlənənlərin arasında azyaşlılarda var. Hadisə ilə bağlı araşdırma aparılır. /APA

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti