IMG-LOGO

Nərimanovda yanğın - İki nəfər yaralandı

12 Jul 2026 23:39 2 baxış
IMG
3 0

Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Hadisə zamanı iki nəfər yüngül yaralanıb. Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.

Binanın liftində köməksiz vəziyyətdə qalan sakinlər isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas ediblər.

Faktla bağlı araşdırma aparılır.

Nərimanov yanğın

Mənbə: lent.az

Xəbər lenti